12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Doğma yurdlarına qayıdırlar - Foto


dogma-yurdlarina-qayidirlar 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
“Yeniazərbaycanhəyatı” AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 37 ailə - 212 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.




Tarix: 19-02-2025, 09:28 Oxunub: 51


Bölməyə aid digər xəbərlər
28-06-2024, 09:03 65 nəfər də Laçına gedir
22-01-2024, 09:46 a
22-12-2023, 08:29 Bakıdan Laçına doğru...
13-12-2023, 08:34 Yenidən Füzuliyə...
14-06-2023, 18:30 Vətənə yolculuq başladı