11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Zəfərin mübarək, Azərbaycan xalqı!
30 ilə yaxın müddətdə, hər il torpaqlarımızın işğal günlərinin acısını yaşadıq. Bu qara təqvim günləri bizlərə yaddaşlıq edib xatırladırdı ki, Birinci Qarabağ savaşını uduzmuşuq. Bu, təkcə torpaqlarımızın, ərazilərimizin itkisi demək deyildi. Milli ruhumuza, tarixi keçmişimizə zərbə vurulmuşdu. Dədə-baba torpaqlarımızla yanaşı, tarixi irsimizi, mədəni və dini abidələrimizi, doğmalarımızın qəbrlərini qoruya bilməmişdik.
Danışıqlar masasında da düşmən eyni hiyləgərliklə öz oyunlarını davam etdirirdi. Haqq və tarixi ədalət, beynəlxalq hüquq tərəfimizdə ola-ola, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü həmsədr qismində Ermənistanın işğalına 30 il ərzində son qoya bilmədi. Bizlərə təlqin olunurdu ki, guya münaqişənin hərbi həll yolu artıq yoxdur. Düşmən isə bundan şirniklənib daha da azğınlaşırdı, sərsəm bəyanatlarla heysiyyatımızla oynayırdı.
Son 17 il ərzində bugünkü müzəffər Azərbaycan Ordusu formalaşdırılmasaydı, onun hərbi-texniki təchizatına milyardlar xərclənməsəydi, texnoloji-hərbi üstünlüyümüz təmin olunmasaydı, cəmiyyətimizin vətənpərvərlik ruhu indiki səviyyəyə qaldırılmasaydı və regionda yeni siyasi konfiqurasiyanın yaranması üçün uğurlu diplomatik addımlar atılmasaydı, bundan sonra çox-çox onilliklər ərzində milli qürurumuz və milli kimliyimiz mənəvi sıxıntılar içində əzilməkdə davam edəcəkdi.
44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımız düşmən əsarətindən xilas edildi. Milli ruhumuza qovuşduq, milli qürurumuzu qorumağa qadir olduğumuzu bütün dünyaya sübut etdik, həm də dünya xalqlarına tarixi bir örnək verdik. Göstərdik ki, onilliklər ərzində ən nüfuzlu beynəlxalq təşkilatlar öz qətnamələrinin icrasını təmin edə bilmədikdə və dünya gücləri öhdəliklərini yerinə yetirmədikdə belə, Azərbaycan xalqının haqq savaşına çıxmaq hüququnu və hərbi yolla işğalçını cəzalandırmaq haqqını onun əlindən heç kim ala bilməz. Müstəqil Azərbaycan dövləti və Azərbaycan Xalqı məhz bu tarixi örnəyi dünya birliyinin yaddaşına həkk etdirdi. 44 günlük Vətən müharibəsi 30 illik torpaq həsrətimizə son qoydu, millət və xalq olaraq başımızı dik tuta bilmək haqqımızı bizlərə qaytardı. Uğrunda döyüşdüyümüz torpaqlar Vətən övladlarının qanı, canı bahasına azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı həmvətənlərimizə şəfa versin. Onların hər birinin valideynləri, doğmaları qarşısında bir daha baş əyirik.
Ali Baş Komandanımız İlham Əliyevin bu illər ərzində qurub-yaratdığı, rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusu minnətsiz qələbə ruhunu, zəfər sevincini bizlərə yaşatdı. Düşmən və havadarları məhz bu cür qələbəmiz sayəsində nəhayət anlayırlar ki, uydurulmuş miflər məhvə, sərsəm xülya və bəyanatlar isə tarixin zibilliyinə atılmağa məhkumdur. Haqsızın, işğalçının tərəfini tutanlar, yəqin dərk edəcəklər ki, hansı dinə mənsub olmasından asılı olmayaraq, haqqa və tarixi ədalətə, beynəlxalq hüquqa söykənən dövlət və onun təmsil etdiyi xalq sonda mütləq qələbə qazanır. Yalnız dini və etnik təəssübkeşliyinə görə haqsızın yanında yer alan istənilən dövlət isə öz siyasi nüfuzuna zərər vurmuş olur.Zəfər paradı hərbi üstünlüyümüz və potensial imkanlarımızla, Vətən müharibəsindəki qələbəmizlə yanaşı, bütün bu həqiqətləri də dünya xalqlarına çatdıracaq. Dünya güclərinə ismarıc veriləcək ki, ikili standartlardan, haqsız yanaşmalardan imtina etməyin zamanı yetişib. Prezident İlham Əliyevin dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söylədiyi bu fikirlər də beynəlxalq auditoriyaya verilən önəmli ismarıcdır: “Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq”.
Vətən müharibəsi günlərində 180-ə qədər dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir çox beynəlxalq qurumlar Azərbaycanın haqlı mövqeyinə, Prezident İlham Əliyevin qətiyyətli və ədalətli siyasətinə dəstəyini ifadə etdi. Qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin tarixi əhəmiyyəti, münasibətlərimizdə əlahiddə yer tutması isə danılmazdır. Zəfər paradında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı məhz bu əlahiddəliyin nümayişidir. İki siyasi liderin həmin gün çiyin-çiyinə duruşu tarixi bağlarımıza hörmətin ifadəsi olmaqla yanaşı, haqqın və tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunduğunu simvolizə edəcək.
Düşmən xülyalarla yaşayırdı, özü-özünü sərsəm xülyalara inandırmışdı. Kənardan da onu inandıranlar var idi, hələ də var. Dövlətimizin başçısı dost İtaliyanın nümayəndə heyətini qəbul edərkən düşmənin xəyal qırıqlığına uğradıldığını bu sözlərlə ifadə etdi: “Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtmışıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər”.
Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i, Şuşanın işğaldan azad edildiyi gün Zəfər Günü elan olunub. İnşallah zəfər sevincini həmişə qardaş və dost ölkələrlə bir yerdə qeyd edəcəyik, birlikdə olacağıq. Həyat sübut etdi ki, torpaqlarımız kimi, Xarı-bülbül də düşmən tapdağı altında qala, əsirlikdə yaşaya bilmir.
Xilasın mübarək Xarı-bülbül, azadlığın mübarək Qarabağ! Zəfərin, düşmən üzərində Qələbən mübarək, Azərbaycan xalqı!
Bölməyə aid digər xəbərlər

Elnur müəllim,
Müsiqi məktəbinin direktoru
Müsiqi məktəbinin direktoru
Tarix: 4-11-2024, 13:59 Oxunub: 54
Bölməyə aid digər xəbərlər
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
21-09-2020, 10:13
Qarabağ danışıqları: Kremlin "ikibaşlı oyunu" nə məqsəd güdür? - TƏHLİL
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:30
BMT-nin Baş katibi İlham Əliyevə zəng etdi
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 23:16
Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
17-07-2020, 23:21
Ombudsman Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərdi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:05
Ermənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi - ŞƏRH