11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
“Ölüm-qalım məsələsini həll etməyə çalışırıq” - Video

“Xəstəxanaya necə gətirilməyimi xatırlamıram, koma vəziyyətində olmuşam. Özümə gələndə isə əlim-ayağım işləmirdi. Uzun müddət məşq elədim, fizioterapiya keçdim, sonra düzəldi. İndi özümü çox yaxşı hiss edirəm...”
Bunu “Qafqazinfo”ya aprel ayında Respublika Neyrocərrahiyyə Xəstəxanasında beyin absesindən əməliyyat olunan 14 yaşlı Məhəmməd Süleymanov deyir. Onun xəstəxanada təxminən 6 saata yaxın sürən ağır əməliyyatı və sonrakı bərpa prosesi bütünlüklə icbari tibbi sığorta hesabına həyata keçirilib. Budəfəki gəlişi isə təkrar müayinəsi ilə bağlıdır.
M. Süleymanovun həkimi, xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin müdiri Rafael Bayramov onu qəbul edib əyani müayinəyə başlayır. O bildirir ki, iki ay ərzində pasiyentin səhhətində xeyli irəliləyiş var, kritik günləri geridə qoyub.
Həkimlə söhbətimizdə məlum olur ki, əksər neyrocərrahiyyə əməliyyatları sözügedən tibb müəssisəsində icbari tibbi sığorta ilə icra olunur. Ən çox müraciətlər isə beyin absesləri, anevrizmalarla bağlıdır: “Əvvəllər külli miqdarda vəsait tələb edən xəstəliklər indi xəstəxanada icbari tibbi sığorta hesabına müalicə və əməliyyat olunur. Bir sıra xəstəliklərin, o cümlədən, baş beyin anevrizmalarının açıq üsulla əməliyyatları, şişlərin cərrahi əməliyyatları, endoskopik transnazal cərrahiyyə əməliyyatları və digərləri sığortaya daxildir.
.jpg)
Ən tez-tez rast gəlinən xəstəliklərdən biri abseslərdir. Xəstələr bizə kobud nevroloji defisit, kəskin baş ağrıları ilə müraciət edirlər. Anevrizma da ən çox rastlanan ağır xəstəliklərdəndir. Çox təəssüf ki, bizə çox hallarda xəstələr qansızma ilə, ağır vəziyyətdə müraciət edirlər. Sözün əsl mənasında, ölüm-qalım məsələsini həll etməyə çalışırıq. Xəstələr uzun zaman reanimasiyada qalmalı olurlar, qansızmadan sonra onların 60-70 faizi normal həyata qayıda bilmir”.
Həkimin sözlərinə görə, bu xəstəliklərin yaranmaması üçün insanların sağlam həyat tərzi keçirmələri şərtdir. Məsələn, anevrizmaların partlamasının birinci səbəbi siqaret və alkoqoldur.
Xəstəxanada ağır beyin cərrahiyyəsi ilə yanaşı, həm də nevroloji müayinələr həyata keçirilir. Həkim-nevroloq Könül Mansirovanın sözlərinə görə, ona daha çox günün ən aktual xəstəlikləri - baş ağrıları, baş gicəllənmələri, yaddaş zəifliyi, yuxu problemləri, onurğa sütunu ağrıları, oturaq şəraitlə əlaqəli olaraq boyun və bel nahiyəsində ağrılar, ətraflarda uyuşmalar, keyimələrlə bağlı müraciətlər olunur.
“Bu hallarda biz xəstələri müayinə edirik, nevroloji defisitin olub-olmadığını müəyyənləşdiririk. Son illər iqlim dəyişiklikləri də nevroloji xəstəliklərin yaranmasında rol oynayır. Xüsusən bu hallarda xəstələr bizə baş ağrıları, təzyiq problemləri ilə müraciət edirlər. Həmçinin telefon və planşetlərdən uzunmüddətli istifadə baş və boyun nahiyəsində ağrılara, yaddaş zəifliyi, diqqət dağınıqlığına səbəb olur”, - deyə həkim bildirib.
.jpg)
Həkim deyir ki, Altsheymer, Parkinson kimi bir sıra ağır nevroloji xəstəliklərin vaxtında aşkar edilməsi üçün müayinələr də sığorta ilə icra edilir.
K. Mansirovanın sözlərinə görə, bu xəstəliklərdən uzaq olmaq üçün sağlam həyat tərzi lazımdır. Həm də burada söhbət təkcə fiziki sağlamlıqdan getməməlidir: “İnsanların düşüncələri, emosiyaları, psixi durumları da sağlam olmalıdır. Bunun üçün düzgün qidalanma, yaxşı yuxu rejimi, fiziki aktivlik olmalıdır. Mənə bu tip problemlərlə müraciət edənlər arasında fiziki aktivliyi az olanlar çoxluq təşkil edir. Müayinə zamanı məlum olur ki, onların nevroloji defisitləri yoxdur, əsas problemləri passiv həyat tərzidir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-08-2024, 13:14 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
18-06-2024, 09:05
Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - Yenilənib - Video
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
19-08-2023, 08:20
Səkinə Sadıqova deyir ki, arxamda TƏBİB dayanıb
25-07-2021, 10:16
Sumqayıtda icbari tibbi sığortaya keçid
18-07-2021, 10:49
Sumqayıtda icbari tibbi sığortaya keçidlə bağlı tibb müəssisələrinə baxış keçirilib
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-09-2020, 12:40
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA