10:37 / 21-11-2024
Sumqayıtlı tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
10:35 / 21-11-2024
Keçmiş arvadını Sumqayıtda terləşən şirniyyat mağazalarının birində döyən qısqanc ərə elektron qolbaq taxıldı
10:34 / 21-11-2024
Prezident Sumqayıta onları hakim təyin etdi - Sərəncam
10:29 / 21-11-2024
Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ
10:25 / 21-11-2024
BKyTYg4eZC9NCzcL8M3hcUmDhCnBJrSScH
10:20 / 21-11-2024
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
10:17 / 21-11-2024
Sumqayıtda dəmir alan şəxs qonşusunu daş parçası ilə vuraraq döydü - QƏRAR
10:15 / 21-11-2024
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
10:14 / 21-11-2024
Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO
10:12 / 21-11-2024
Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib
10:11 / 21-11-2024
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında
09:48 / 21-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
09:44 / 21-11-2024
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar
09:42 / 21-11-2024
53 yaşlı velosipedçini maşın vurub öldürdü
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
Zərdabi əkinçiləri yoxsa günün mətbuat dilənçiləri?
Bölməyə aid digər xəbərlər
Maarifpərvər ziyalı, jurnalist Həsən Bəy Zərdabinin ana dilində yaratdığı milli mətbuat tarixindən 149 il ötür. Yəni, əsr yarım bir zaman müddəti milli mətbuat tariximizin varlığını qürurlandırır. Zərdabi yaşadığı kənd və şəhərdən hər zaman maarifpərvər demokratik ideyalarını diqqət mərkəzində saxlayıb. 1875-ci ilin 22 iyulunda redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" mətbuatı ilə öz parlaq mövqeyini, ziyalı fikirlərini, cəmiyyətin çatışmazlıqlarını, mətbuatın vacibliyini parlaq qələmi və düşündürücü elmi publisistik yazıları ilə cəmiyyətin diqqətinə çatdırıb. Onun hətta yenilikçi fikirləri 1880-1890-cu illərdə Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniya" qəzetlərində Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Ötən 149 ilə nəzər salanda Azərbaycan mətbuatının uğurlu yol qət etdiyi və necə uğursuzluğa düçar olduğunu da görmək mümkündür.
"Qəzet və ya jurnal oxumaq insanı dünyada xəbərdar edir, öz dilini öyrədir", - deyən Zərdabi
bu deyimi ilə milli mətbuatın milli zəmində inkişaf etməyə, qəzetin xalqın həyatında inkişafa doğru təkanverici amil olmasına inanırdı.
Ya da bir digər yazısında Zərdabi qeyd edirdi ki, "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun", "yaxşı-yamanlığa aşkar eləsin", "xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün" kimi dərdin mənalı fikirlər çağdaş mətbuatımızda artıq yoxa çıxmaq üzrədir.
Mövcud mətbuatmızın indiki halına bir dəsmal və bir də güclü "ağı" deyə biləcək ağbirçəyə ehtiyacı var. Ağlasın, bizləri də düşündürüb ağlatsın. Ucuz, heç bir məzmunu olmayan, hansısa "məşhur" şəxslərin şəxsi həyat və ucuz sənətindən bəhs edəcək xəbərlər əksər günlük saytların "əsas" xəbərləridir. Böyük bəşəri dəyərlər fövqündə ölkə mətbuatı bir qrup şou-biznes və "palatka", toy müğənnilərinin, rəqqasələrinin əlində girinc qalıb. Kim - kimdən boşandı, kim kimdən qeyri - qanuni övlad dünyaya gətirdi, kim kimin həyat yoldaşını ələ keçirdi kimi tipli mənəviyyatı zədələyəcək "ucuz" olaylar xəbər adı ilə insanların beyninə yeridilir. Beş altı televiziya kanallarında günboyu Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev və Elgiz Əkbər kimi insanların insanların mənəviyyatını, şəxsiyyətini, qürurunu alçaldacaq verilişləri Zərdabi maarifçilik ideyaları ilə tərs mütənasib təşkil edir. O verilişlərdə insan, qadın hüquqları kobud şəkildə pozulur. 21-ci əsr insanının şəxsi həyatı televiziya kanallarında kobud və heç bir hüququ normativlərə sıxmayacaq şəkildə nümayiş olunur.
Təsadüfi insanlar günün mətbuat orqanlarında "aparıcı qüvvə" kimi at oynadır, meydan sulayır. Obyektivlik, qərəzsizlik və peşə etik prinsiplərin qorunmalı olduğu jurnalistika indi qərəzli şəkildə pozulur, əksinə məddahlıq, qorxaqlıq və reketlik kimi bəlaya düçar olub. Həqiqət kənarda qalır, çoxu yalanı həqiqət kimi sırıyır.
Çox az qism təşkil edən müstəqil media və əməkdaşları hakimiyyət və ona xidmət edən media mənsubları tərəfindən sıxışdırılır. Ötən ilin noyabrından onlara qarşı başladılan azad mətbuatın fəaliyyətinə son və həbs hərəkatı kütləvi bir hal alıb. Bir cümləlik həqiqət medianın artıq qorxulu kabusuna çevrilib. Çoxsaylı problem və şikayətlərin işıqlandırıldığı mətbuatın qapadılması, media obyektivliyinin itirilməsi Zərdabi ideyalarına qarşı çıxmaqdır, xəyanətdir.
"Babam mənə kor deyib, gəlib gedəni vur deyib" əxlaqını peşə prinsipinə çevirənlər mətbuatı da xaosa yuvarlayıb. Özünü media adlandıran, "gözəgörünməz" sayt redaktorlarının "sensasiya" yaratmaq naminə etdiyi özbaşnalıq və rəzillik mətbuatın adına qara ləkədir. 50 manata vəsiqə alıb dağda, dərədə, müxtəlif dövlət, özəl qurum qapılarında "dilənən" jurnalistlər günün mətbuatının acınacaqlı personajlarıdır. Maraqlıdır ki, hər ilin mətbuat günü ərəfəsində hansısa prodakşn və qurumlar bu tip jurnalistləri ətrafına "cəm" edib onlara mikrafon uzadır, hədiyyə və mükafatlarla "təltif" edir. Ad da olur mətbuat günü və "əzmkar" jurnalistlərin yad edilməsi. Media aidiyyəti qurumlara şəffaf təsir rıçağı, obyektivlik məkanı, insanların haray səsi, eşidən qulağı, görən gözü, yazan qələmi olmalıdır. Daha dilənən əli, kor olan gözü, kar olan qulağı yox. Bunun üçün məqsədli şəkildə illərlə jurnalistlərə evlər, içi dolu paketlər paylanıldı. Əksəriyyət media və media maqnatlarının sponsoru altı-üstü dolu məmurlardır. Mövcud azad medianın səsini boğmaq, sıradan çıxarmağa, fəaliyyətini əngəlləmək üçün məmur mediası getdikcə möhkəmlənir, düşünən beyinlər zəhərlənir, mədəniyyət və mənəviyyat korlanır, insanlıq və obyektivliyə, ən əsası fakta xəyanət edilir.
Sonda maarifçilik üçün "Əkinçi" ni pulsuz belə paylayan Zərdabinin düşündürücü fikri ilə bitirmək istəyirəm.
"Bəlkə sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru" çox sağ ol" eşitməyə belə ümidimiz olmadan bu barədə zəhmət çəkəsiniz. Onda mən məcburam deyə ki, xalqa sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir: xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır"
Bu dəyərli, içdən fikirlərin müəllifi Zərdabinin ruhu şad deyil. Nədənsə mən buna əminəm. Ancaq ümüd sonda ölür. Çoxsaylı həbs və təzyiqlərə rəğmən az da olsa işini vicdanla, ləyaqətlə, qürurla görən jurnalistlər, redaktorlar və azad media təmsilçiləri varsa azad media onlara görə sevinir, çirkləndirilmiş adından onlara sığınır, Zərdabi onlara görə medianın gələcək azadlığına, "Əkinçi" nin yenidən boy atıb cücərəcəyinə inanır...
Hə bir də vacib bir qeydi unutmayaq.
Ölkədə 20-dən artıq jurnalist həbs edilib, ölkə mətbuatı beynəlxalq media azadlığı reytinqində 13 pillə geriləyib. Ermənistan 43-cü, Azərbaycan isə 164-cü yerdə qərarlaşıb.
Düşünək medianı, düşünək media azadlığını və media azadlığı olmadan rəzil durumun gətirdiyi və gətirəcəyi acınacaqlı aqibəti!!!
Tarix: 21-07-2024, 13:35 Oxunub: 26
Bölməyə aid digər xəbərlər
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
19-05-2024, 11:15
Kaspi Təhsil Kompleksinin Sumqayıt filialı fəaliyyətini genişləndirib
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
12-08-2020, 10:41
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:54
Milli mətbuatımızın yaranmasından 145 il keçdi - VİDEO
22-07-2020, 10:19
Azərbaycan milli mətbuatının 145 yaşı olur
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI