Parlamentin iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezidentə müraciət qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili VI çağırış Milli Məclisin fəaliyyəti dövründə xalqımızın böyük tarixi nailiyyətlər əldə etdiyini söyləyərək vurğulayıb ki, ötən müddət ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Qeyd olunub ki, COVİD-19, 44 günlük Vətən müharibəsi və postmüharibə dövrünün çətinliklərinə baxmayaraq, parlament ölkə Prezidentinin tövsiyələrini rəhbər tutaraq, qarşıya qoyulan bütün vəzifələri şərəflə yerinə yetirmiş, milli qanunvericiliyimizin inkişafına öz layiqli töhfələrini vermişdir.
Tahit Mirkişili Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyini bildirib və həmkarlarını bu təşəbbüsü təstəkləməyə çağırıb.
Sumqayitxeber.com Tahir Mirkişilinin çıxışını təüfim edir:
Bölməyə aid digər xəbərlər