Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Sumqayıt Dövlət Dram teatrının aktyoru, əməkdar artist, “Tərəqqi” medalı Namis Şirməmmədov vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib.Qeyd edək ki, Namis Şirməmmədov 3 Aprel 1962-ci ildə anadan olub.1979-1983 -cü illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “dram və kino aktyorluğu” fakültəsində təhsil alib.1983-1989-cu illər ərzində Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Böyük sənətkar Həsənağa Turabovun dəvəti ilə 1997-ci ilədək Akademik Milli Dram Teatırında fəaliyyət göstərib. 1997-ci ildə yenidən Sumqayıt Dövlət Dram Teatrına gələrək 2008- ci ilə qədər aktyor vəzifəsində çalışıb. Namis Şirməmmədov psixoloji-dramatik aktyordur. Daha çox dramatik xarakterli rollar oynayır. 2008-ci ildən isə teatrın quruluşçu rejissorudur. Elə həmin ildə Prezidentin sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına, 2013-cü ildə isə ” Tərəqqi” medalına layiq görülüb. Respublikamızda ilk dəfə olaraq Namis Şirməmmədov A.Babayevin “Xilaskar” əsərində Ulu öndər Heydər Əliyev obrazını canlandırıb. Bundan başqa o, Sumqayıt teatrında bir çox rolların ifaçısı(S.S.Axundov “Tamahkar”-Əliqulu; M.F.Axunzadə “Xırs quldurbasan”-Bayram; Ç.Aytmatov “Əsrə bərabər gün”-Keşikçi və s.) və tamaşaların (C.Məmmədquluzadə “Anamın kitabı”, İ. Məlikzadə “Sultanqulu körpüsü”, R.Tofiqoğlu “Nakam arzular” və s.) quruluşçusudur.
Bölməyə aid digər xəbərlər