Füzuli indi tamamilə yenidən qurulur.
Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ilk səfərləri də məhz ilk şəhid verdiyimiz torpaqlara oldu. Dövlət başçısı 2020-ci il noyabrın 16-da Füzuli şəhərində Azərbaycan Bayrağını qaldırdı. Müharibənin başa çatmasından cəmi bir il sonra – 7 noyabr 2021-ci il tarixində Füzulidə daha bir əlamətdar hadisə yaşandı. Həmin tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəfər yolu istifadəyə verildi. Zəfər yolunun keçdiyi ərazi əvvəllər cığır idi. Qəhrəman əsgərlərimiz məhz bu çığırdan keçərək Şuşanı işğaldan azad ediblər. Dövlətimizin başçısı tərəfindən yolun rəmzi olaraq Zəfər yolu adlandırılması da bununla bağlıdır.
Digər infrastruktur layihələrinin icrası da uğurla həyata keçirilib. Füzulidə inşası tamamlanan 35/0,4 kilovoltluq 2×2500 kilovatt gücündə olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Füzuli rayonunda infrastruktur quruculuğu bundan sonra da səngiməyəcək. Belə ki, Füzuli rayonun ərazisində quruculuq işlərinin yeni mərhələsi başlayıb. Bu mərhələdə yaşayış məntəqələrinin bərpa olunması da diqqət mərkəzində saxlanılacaq. İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu il martın 18-də Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026-cı illərdə bərpaolunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib, Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb. Burada texnoloji yeniliklər əsasında “Ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması mövcud əkinçilik sistemlərinin struktur zəifliklərini aradan qaldırmağa, məhsuldarlığı artırmağa, xərcləri optimallaşdırmağa, rəqabətçi və davamlı nəticələr əldə etməyə imkan verəcək. Füzuli rayonunda 2026-cı ilədək 5678 evin – 3352 fərdi yaşayış evinin və 2326 mənzilin tikilərək istismara verilməsi nəzərdə tutulur. Ümumilikdə, 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515 evin inşası həyata keçiriləcək. Bütövlükdə, tikiləcək evlərə 21593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır. Bundan əlavə, Füzuli rayonunda Peşə Liseyinin, Mərkəzi xəstəxananın, Mərkəzi parkın, inzibati binanın layihələndirmə işləri sürətlə davam etdirilir. Müharibədən cəmi il yarım sonra – 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, həmçinin Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov
Erməni vandalizmi.
Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi faktlarla ortaya çıxdı.
Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu erməni vandalları tərəfindəntalan edilib.
Göründüyü kimi erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.
Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova
Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir
2020 -ci il sentyabrın 27-də rəşadətli Azərbaycan ordusu Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzü bərpa etdi. Müharibədən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başladı. Bölgədə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, şəhərlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyindən xəbər verir.
Qarabağın “yaşıl enerji” zonası elan edilməsi müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətində mühüm işlərdəndir. Yaşayış massivlərinin məhz “ağıllı kənd” konsepsiyası əsasında reallaşdırılması yenidənqurma işlərinin modernliyinin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının uğurlu icrasına nail olmaq məqsədilə azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması əsas tələblərdəndir. Belə ki, təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların daimi məskunlaşması üçün böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdış proqramının uğurlu nəticəsi kimi, Ağalıya, Füzuliyə, Laçına əhalinin bir hissəsi artıq geri dönüb. Geri qayıdan ailələr mənzillər, eləcə də iş imkanları ilə təmin edilib.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova
10:37 / 21-11-2024
Sumqayıtlı tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
10:35 / 21-11-2024
Keçmiş arvadını Sumqayıtda terləşən şirniyyat mağazalarının birində döyən qısqanc ərə elektron qolbaq taxıldı
10:34 / 21-11-2024
Prezident Sumqayıta onları hakim təyin etdi - Sərəncam
10:29 / 21-11-2024
Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ
10:25 / 21-11-2024
BKyTYg4eZC9NCzcL8M3hcUmDhCnBJrSScH
10:20 / 21-11-2024
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
10:17 / 21-11-2024
Sumqayıtda dəmir alan şəxs qonşusunu daş parçası ilə vuraraq döydü - QƏRAR
10:15 / 21-11-2024
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
10:14 / 21-11-2024
Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO
10:12 / 21-11-2024
Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib
10:11 / 21-11-2024
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında
09:48 / 21-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
09:44 / 21-11-2024
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar
09:42 / 21-11-2024
53 yaşlı velosipedçini maşın vurub öldürdü
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
Füzuli indi tamamilə yenidən qurulur
Bölməyə aid digər xəbərlər
Tarix: 21-02-2024, 10:19 Oxunub: 27
Bölməyə aid digər xəbərlər
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
23-02-2022, 13:16
İlham Əliyev Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb - FOTO/VİDEO
3-11-2021, 14:30
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
18-08-2020, 09:53
Ucar sakinləri bu məmurdan şikayətçidirlər...
29-07-2020, 16:01
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
25-07-2020, 14:05
“Azərişıq” üç rayonun 30-a yaxın kəndində yenidənqurma işləri həyata keçirir - FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 17:02
İlham Əliyev Bakıda açılışda - YENİLƏNİB + FOTO