10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazidə olub

Antonio Anastasia, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri


Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Senatdakı sədri Antonio Anastasia Gəncə şəhərinə səfər edib.
yeniazerbaycanheyati -nın yerli bürosunun məlumatına görə, Antonio Anastasia Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə baş çəkib.
Antonio Anastasia erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonağa məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.


Tarix: 31-10-2021, 13:17 Oxunub: 720


Bölməyə aid digər xəbərlər