09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Əhmədzadənin şübhəli tender partnyorları... - Bir hüquqi araşdırma yetərlidir...

Əhmədzadənin şübhəli tender partnyorları...
2020-ci ilin yanvar-sentyabr aylarında Zaqatala rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 488 min 443 manat olan 19 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tenderi Zaqatala rayon İcra Hakimiyyəti keçirib. İcra hakimiyyəti 10 tender keçirib. Zaqatala rayon İH həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 10 tenderin ümumi məbləği 990 min 980 manat olub.
Rayonda ən böyük tenderləri qazananlar "Zaqatala-2016" MMC, “14 №-li yol istismarı" MMC və fiziki şəxs Alqış İmanovdur. Bu şəxslərin qazandığı 5 tenderin ümumi məbləği 1 milyon 99,6 min manat edir. Bu məbləğ rayonun tenderlərinin ümumi məbləğinin 73,9%-ni təşkil edir. Belə ki, "Zaqatala-2016" MMC 597 min manat məbləğində 1, “14 №-li yol istismarı" MMC ümumi məbləği 255,6 min manat olan 2 və fiziki şəxs Alqış İmanov ümumi məbləği 247 min manat olan 2 tender qazanıb.

Bundan başqa, rayonda Zaqatala Suvarma Sistemləri İdarəsi, Zaqatala Müalicə Diaqnostika Mərkəzi və başqa qurumlar tenderlər keçirib.

FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Zaqatala rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.

Əhmədzadənin şübhəli tender partnyorları...

DİA.AZ xatırladır ki, yerli KİV-də dəfələrlə Zaqatala RİH tərəfindən şübhəli tenderlərin keçirilməsi barədə informasiyalar yayılıb. Odur ki, hörmətli Əhməd Əhmədzadənin qardaşının rəhbərlik etdiyi rayonda bir hüquqi araşdırma yetərlidir, ortaya bir çox məmurları həbsə aparacaq faktlar şımış olsun...
 


Tarix: 26-09-2020, 17:58 Oxunub: 104


Bölməyə aid digər xəbərlər