Bu ilin 21 avqust tarixində Binəqədi rayonu ərazisində avtoqəza hadisəsi baş verdi. Hadisə yerinə "Azslgorta" əməkdaşları hadisə yerinə çağırıldı və hadisisənin fotoları çəkidli. Mənə məxsus 99 PD438 dövlət nömrə nişanlı avtomobilə 230 manat məbləğində ziyanın dəyməsi müəyyənləşdirildi. Amma hadisədən 1 ay vaxt keçməsinə baxmayaraq "Azsığorta" dəymiş ziyanı ödəmək istəmir".
Bizimxeber.az-a danışan zərərçəkmiş Rzayev Samir Əlövsət oğlu bildirir ki, bu günlər ərzində şirkət tərəfindən istənilən bütün sənədləri, bank rekvizitlərini təqdim edib: "İstədikləri bütün sənədləri təqdim etmişəm. 230 manat dəymiş ziyan da ayrılıb. Amma hələ də şirkət bu pulu ödəmir. Pulu niyə ödəmədiklərini də günlərdir öyrənə bilmirəm. Telefonlara cavab vermirlər. Bu qanunların kobud şəkildə pozulması ilə yanaşı şirkətin müştərilərinə qarşı laqeyd münasibətidir. Dünyanın sığorta ilə idarə olunduğu bir zamanda bizim ölkəmizdə 230 manat dəymiş ziyanın ödənilməməsi ölkəmizdəki sığorta qaydalarının hansı bərbad vəziyyətdə olduğunu ortaya qoyur".
Qanuna görə, 15 gün ərzində dəymiş ziyan müəyyənləşdirilməli və vətəndaşa ödənməli olduğu halda 1 aydan artıq vaxt keçməsinə baxmayaraq şirkət tərəfindən pulun niyə ödənilmədiyini öyrənməyə çalışsaq da, redaksiyanın telefonlarını açan olmadı.
Bölməyə aid digər xəbərlər