09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
“Karantin rejiminin uzadılması düzgün qərardır” - deputat


Mart ayının ortalarından ölkəmizdə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimin 31 avqustda bitəcəyi gözlənilirdi. Lakin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Xüsusən də, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək..
Rayonlara gediş-gəlişlə bağlı məhdudiyyət qüvvədə qalsa da,

sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.
Karantin rejiminin bir ay daha uzadılmasını düzgün qərar hesab edənmillət vəkili Tamam Cəfərova bu qərarın zəruri ehtiyacdan qaynaqlandığını deyib. Bu barədə "Sherg.az"a danışan millət vəkili hesab edir ki, əgər karantin rejimi tətbiq edilməsəydi, biz indi tamam fərqli bir mənzərə ilə üz-üzə idik:

"Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində yoluxma hallarının kəskin azalmasına nail olunub. Əgər mart ayında ölkəmiz bu rejimə keçməsəydi, çox böyük itkilərlə, fəlakətlərlə qarşı-qarşıya qala bilərdik. Nə yaxşı ki, ölkə Prezidenti cənab İlham Əliyevin düzgün, çevik, uzaqgörən addımları, qərarları sayəsində ölkəmiz bu bəlanın ağrılı, acılı, dəhşətli fəsadlarından uzaq dayana bildi. Hazırda vəziyyət nəzarət altındadır. Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Təsadüfi deyildir ki, ÜST də daxil olmaqla bir çox beynəlxalq təşkilat bunu dəfələrlə vurğulayıb".

T.Cəfərov diqqətə çatdırıb ki, məhz vaxtında atılan bu addımların nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub. Lakin müsbət dinamikanı görüb, qəti şəkildə arxayınlaşmamalı, məsuliyyət hissini itirməməliyik, yenə də vətəndaş məsuliyyətimizlə, həmrəyliyimizlə Operativ Qərargahın qərarlarına, karantin qaydalarına birmənalı və istisnasız əməl etməliyik:

"Biz elə etməliyik ki, bu qərarlar davamlı olsun və uğurlu sonluqla nəticələnsin.

Hesab edirəm ki, tibbi maska taxmaq, sosial məsafəni və gigiyenamızı qorumaq kimi sadə qaydalara riayət etməklə biz bu bəladan daha tez və daha az itkisiz qurtula bilərik".

Deputatın sözlərinə görə, bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Bu qədər görülən işləri, bu qədər çəkilən zəhmətləri qorumaq hamımızın borcudur. Qətiyyən arxayınlaşmaq olmaz:

“Ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılması düzgün qərardır.

Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar.

Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış sezonu gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Karantin rejiminin sonuncu yumşaldılmasından sonra yoluxanların sayının yenidən 3 rəqəmə qalxması, yəni gündəlik yoluxanların sayının sağalanlardan xeyli çox olması narahatlığa əsas verir.

Ona görə də yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün ölkədə ümumi karantin rejimi davam etməlidir. Tədricən rayonlara gediş-gəlişin, bir sıra qapalı məkanların, restoranların, kafelərin, iri ticarət mərkəzlərinin açılmasına, təbii ki, ciddi nəzarət etməklə, getmək olar.

O şərtlə ki, vətəndaşlar COVİD-19-un müalicəsi üçün vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik".
 


Tarix: 30-08-2020, 12:15 Oxunub: 63


Bölməyə aid digər xəbərlər