"Əslində məscidlər kütləvi ibadətlər üçün deyil, fərdi və günlük ibadətlər üçün açılmalıdır".
Cebhe.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Fazil Mustafa əlavə edib ki, günlük ibadətə gələn insanların temperaturu və qoruyucu maskasının olub-olmadığı yoxlanılmalıdır:
"Girişdə çox sayda adamın yoxlanılması mümkün olmadığına görə cümə namazı vaxtı virusa yoluxma riski böyük olur. Günlük ibadətlər üçün isə məsciddə sosial məsafə saxlamaq və müəyyən sayda insanların daxil olmasını tənzimləmək, girişdə temperaturun və qoruycu maskanın olub-olmamasını yoxlamaq mümkündür.
Fikrimcə, cümə namazı üçün xütbənin və ibadətin dəqiq bir vaxtda onlayn qaydasında bir məsciddən reportajla verilməsi və insanların kiçik qruplar halında evdə və ya iş yerlərində öz ibadətlərini yerinə yetirməsi təmin oluna bilər. Bunun üçün İctimai Televiziyanın imkanlarından istifadə etmək mümkündür. Əslində İctimai Televiziyanın həm də borcudur ki, cəmiyyətin əhəmiyyətli sayda olan inanclı insanlarının tələbatını anlayışla qarşılasın. Dindarlar üçün həqiqətən çətin bir durumdur, lakin toplumun ümumi salamatlığı üçün bu məhdudiyyətlərdən uzaq durmaq da mümkünsüzdür".
Bölməyə aid digər xəbərlər