09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Ermənilərin atəşə tutduğu kəndin sakinləri müayinə edildi


“ASAN xidmət” və özəl tibb müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz səyyar tibbi müayinə layihəsi  bu dəfə Tovuz rayonunun Ağdam kəndində təşkil olunub.
ASAN xidmət mərkəzindən "Report"a verilən məlumata görə, kənd sakinləri yaşadıqları ünvanlarda ödənişsiz həkim müayinələrindən yararlanıblar.
Müayinələr pandemiya şəraitində mövcud preventiv tədbirlərin şərtlərinə və tibbi-profilaktik qaydalara əsasən təşkil olunub. Həmçinin sakinlərə tibbi maskalar və dezinfeksiya məhlulları təqdim olunub. 
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
Qeyd edək ki, səyyar tibbi müayinə layihəsi 2017-ci ildən həyata keçirilir və Azərbaycanın bir çox regionlarını əhatə edib.
Müayinə olunanlar arasında şəhid Elşad Məmmədovun oğlu da var.


Tarix: 10-08-2020, 10:49 Oxunub: 35


Bölməyə aid digər xəbərlər