Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 2 586,0 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 26 dəfə çoxdur.
“İstifadəyə verilmiş yaşayış evlərinin sahəsinə dair məlumatlarda müşahidə olunan kəskin artım “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına əsasən, əvvəlki illərdə tikilmiş və müəyyən səbəblərə görə istismarına icazə verilməmiş bəzi çoxmənzilli binaların cari ilin hesabat dövründə istismarına icazə verilməsi ilə bağlı olub”, - Komitədən bildirilib.
Bölməyə aid digər xəbərlər