12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Maştağada evdən 8 minlik qızıl oğurlandı

mastagada-evden-8-minlik-qizil-ogurlandi 

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisəni törətməkdə 4 nəfər şübhəli bilinir.
Belə ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər - N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.
Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.


Tarix: 20-04-2026, 14:00 Oxunub: 14


Bölməyə aid digər xəbərlər