11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startup proqramı elan olunur
ABŞ-da fəaliyyət göstərən azərbaycanlı sahibkar Fərid İsmayılzadənin təsis etdiyi “Technovate” şirkəti tərəfindən Azərbaycanın innovasiya ekosisteminə töhfə vermək məqsədilə “Qarabağdan Silikon Vadisinə” adlı strateji startup proqramı elan edilir.
Layihənin əsas məqsədi ölkəmizin istedadlı mütəxəssislərini qlobal bazarda rəqabətədavamlı startap qurucularına çevirmək və Qarabağı regional innovasiya və texnologiya mərkəzi kimi mövqeləndirməkdir.
Proqram çərçivəsində bankçılıq, telekommunikasiya, enerji, texnologiya və dövlət sektorlarında çalışan, sahibkarlığa marağı olan, minimum 3 il iş təcrübəsinə və ingilis dili biliyinə malik peşəkarlar seçiləcək. İştirakçılar Silikon Vadisində yaşayan texnoloji diaspora nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək 4 aylıq intensiv onlayn təlim proqramına qatılacaq, komandalar formalaşdıracaq və praktik startup quruculuğu mərhələsindən keçəcəklər.
Proqramın yekunu olaraq Qarabağda keçiriləcək Demo Day tədbirində seçilmiş ideyalara “Technovate” tərəfindən 50,000 ABŞ dollarınadək ilkin investisiya və mentorluq dəstəyi təqdim olunacaq.
Layihə barədə danışan Fərid İsmayılzadə bildirib:
“Bu proqramın əsas fərqi ondan ibarətdir ki, biz artıq real iş təcrübəsi olan və komfort zonasından çıxaraq risk etməyə hazır peşəkarlarla işləyəcəyik. Dünya təcrübəsi göstərir ki, ən uğurlu startup qurucularının yaşı adətən 35–45 aralığında olur. Yəni bu sahə yalnız yeni məzunların deyil, təcrübəli mütəxəssislərin də meydanıdır. Biz bu kateqoriyadan olan insanların uğur qazanması üçün xüsusi hazırlanmış, praktik yönümlü kurikulum təqdim edirik. Məqsədimiz ölkəmizdən istər hardware, istərsə də “software” sahəsində qlobal bazarda rəqabət apara biləcək startup tapmaq və onu sistemli şəkildə yetişdirməkdir. Ən azı yüzlərlə azərbaycanlıya “Silikon Vadisi düşüncə” tərzini aşılamaq belə bizim üçün böyük nəticə olacaq. Hesab edirəm ki, bu təşəbbüs son dövrlər ABŞ və Azərbaycan arasında inkişaf edən münasibətlər fonunda da praktik və strateji əhəmiyyət daşıyır”.
Yüksək sosial-iqtisadi dəyər yaratmağı hədəfləyən proqramdan əldə olunacaq gəlirin bir hissəsi Qarabağda elm və innovasiya mühitinin gücləndirilməsinə, sahibkarlıq mədəniyyətinin inkişafına yönəldiləcək. Təşəbbüs uzunmüddətli iqtisadi dinamika yaratmaqla yanaşı, regionun davamlı və texnologiya əsaslı inkişafını dəstəkləməyi qarşısına məqsəd qoyur.
Bütün özəl və dövlət qurumları layihəyə tərəfdaş kimi qoşulmağa dəvət olunur. Tərəfdaş qurumlar milli və beynəlxalq səviyyədə innovasiya tərəfdaşı kimi mövqelənmək, əməkdaşlarının sahibkarlıq və innovasiya bacarıqlarını inkişaf etdirmək, həmçinin Qarabağın innovasiya mərkəzi kimi formalaşmasında strateji rol almaq imkanı əldə edəcəklər.
Əməkdaşlıq imkanlarını müzakirə etmək və layihə haqqında ətraflı məlumat almaq üçün 25 fevral 2026-cı il tarixində saat 10:00-da keçiriləcək ödənişsiz onlayn məlumat sessiyasında iştirak etmək mümkündür.
Qeydiyyat: www.qarabag2silicon.com
Layihənin təşəbbüskarı, Azərbaycanda təsis etdiyi “GoldenPay” və ölkənin ilk onlayn ödəniş portalı hesab.az layihələrinin satışından sonra ABŞ-da “Technovate” şirkətini quran azərbaycanlı sahibkar Fərid İsmayılzadədir. “Technovate” ABŞ-da “venture studio” modelinə əsaslanan innovasiya platformasıdır və hazırda Azərbaycan və region ölkələrindən qlobal potensiala malik innovativ ideyaların startup-a çevrilməsini və onların beynəlxalq bazarlara çıxarılmasını dəstəkləyir. Studiyanın inkubasiya etdiyi 5 startup artıq ABŞ bazarında fəaliyyət göstərir və hər biri milyonlarla dollar dəyərində qiymətləndirilir.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-02-2026, 12:17 Oxunub: 9
Bölməyə aid digər xəbərlər
26-09-2025, 10:53
Zakir Fərəcov investorları qəbul etdi: Çinin 20 böyük şirkəti Sumqayıtda
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
25-11-2024, 10:18
BKyTYg4eZC9NCzcL8M3hcUmDhCnBJrSScH
22-11-2024, 13:04
Minimum pensiya məbləği nə qədər olacaq?
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
1-10-2023, 07:16
Taksidən istifadə edənlər üçün vacib məlumat - BU GÜNDƏN...
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
28-05-2021, 10:30
NAMİQOĞLU İNŞAAT TƏMİR-TİKİNTİ ŞİRKƏTİ
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
14-09-2020, 09:09
İnternet yoxdursa: Distant təhsil necə olacaq? - AKTUAL
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
25-07-2020, 22:32
Buraxılış və qəbul imtahanlarının nəticələri açıqlandı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU