11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Ağdamın gələcəyi tamamilə yenidən formalaşdırılır - Səbinə Salmanova

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Ağdam şəhərinin işğaldan azad olunması Vətən müharibəsinin ən mühüm hərbi-siyasi nailiyyətlərindən biri kimi tarixə düşüb. Bu qələbənin əhəmiyyətini və Ağdamın Azərbaycan xalqının yaddaşındakı xüsusi yerini nəzərə alan cənab Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir. Bu qərar həm tarixi ədalətin bərpasının təntənəsidir, həm də Ağdamın yenidən dirçələn, gələcəyə böyük addımlarla irəliləyən bir şəhər kimi rəmziləşdirilməsidir.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Ağdamın işğaldan azad olunması təkcə hərbi gücün deyil, həm də siyasi iradənin, strateji uzaqgörənliyin və diplomatik məharətin nəticəsi oldu:
"Vətən müharibəsi dönəmində Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində ardıcıl uğurlar qazanaraq işğalçı Ermənistan ordusunu geri çəkilməyə məcbur etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiyası, düzgün seçilmiş hərbi taktikası və siyasi iradəsi nəticəsində Ağdamda genişmiqyaslı döyüş əməliyyatlarının aparılmasına ehtiyac qalmadı. Çünki ordumuzun digər istiqamətlərdə qazandığı üstünlük düşməni danışıqlar masasında məcburi şəkildə kapitulyasiyaya gətirdi. Nəticədə, 2020-ci il 10 noyabr bəyanatına əsasən Ağdam bir güllə atılmadan, heç bir döyüş əməliyyatı aparılmadan geri qaytarıldı. Bu, dünya hərb tarixində nadir rast gəlinən hadisələrdən biridir və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin nəyə qadir olduğunu nümayiş etdirir”.
S.Salmanova xatırladıb ki, 1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin qəbul edilməsi, əslində, beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını rəsmi şəkildə tanıması demək idi:
"Həmin sənəddə "işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” açıq şəkildə tələb olunurdu. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi fundamental prinsiplərə əsaslanan birmənalı çağırış idi. Lakin Ermənistan, təəssüf ki, bu tələblərə məhəl qoymadı və illərlə beynəlxalq hüquqa zidd siyasət yürütməyə davam etdi.
Əgər Ermənistan beynəlxalq öhdəliklərinə sadiq qalsaydı, Təhlükəsizlik Şurasının qətnamələrini icra etsəydi və siyasi iradə nümayiş etdirərək işğala son qoysaydı, münaqişə çoxdan dinc yolla həllini tapardı. Lakin bu baş vermədi. Yalnız Ermənistanın destruktiv mövqeyi deyil, eyni zamanda beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasına nəzarət edə bilməməsi, qətnamələrin yalnız kağız üzərində qalması məsələni uzadan başlıca amillərdən biri oldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, həmçinin BMT Baş Assambleyası, İƏT, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi beynəlxalq qurumların sənədləri uzun illər ərzində real mexanizmlərdən məhrum vəziyyətdə qaldı. Bu isə beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunu daha açıq şəkildə ortaya qoydu. Belə bir şəraitdə Azərbaycan tarixi torpaqlarını hərbi-siyasi yolla işğaldan azad etməklə təkcə öz suverenliyini bərpa etmədi, həm də uzun illər pozulmuş beynəlxalq hüququn və ədalətin təmin olunmasına nail oldu. Azərbaycan faktiki olaraq BMT qətnamələrinin yerinə yetirilməsini özü təmin etdi və bununla da regionda yeni reallıq yaratdı”.
Parlamentari bildirib ki, işğal dövründə Ermənistanın Ağdamda həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi:
"Cenevrə Konvensiyalarının tələblərinə zidd olaraq, rayonun coğrafi adları dəyişdirilmiş, evlər, məktəblər, müəssisələr və mədəniyyət ocaqları talan edilmiş, məqsədli şəkildə yandırılıb dağıdılmışdı. Bütün bunlar Ermənistanın işğal etdiyi əraziləri öz nəzarəti altında saxlamaq üçün demoqrafik, mədəni və tarixi izləri silməyə yönəlik siyasət yeritdiyini açıq şəkildə göstərirdi. Azərbaycanlı əhalinin kütləvi şəkildə qovulması və etnik təmizləməyə məruz qoyulması Ermənistanın real məqsədinin – silah gücünə ərazi əldə etmək siyasətinin bariz ifadəsi idi. Ağdam şəhərinin xarabalığa çevrilməsi isə Ermənistan vandalizminin ən ağrılı nəticələrindən biridir. Bu gün Ağdamın siması müharibənin törətdiyi faciənin canlı göstəricisinə çevrilib. Xarici jurnalistlər və beynəlxalq müşahidəçilər tərəfindən "Qafqazın Xirosiması” adlandırılması da dağıntıların miqyasının hansı səviyyədə olduğunu təsdiqləyir. Şəhərdə salamat bir bina qalmamış, tarixi abidələr məhv edilmiş, məscidlər təhqir olunmuş, qəbiristanlıqlar dağıdılmışdı. Bütün bunlar işğalçı siyasətin məqsədyönlü şəkildə aparıldığını bir daha sübut edir”.
S.Salmanova vurğulayıb ki, hazırda Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir:
"Digər azad edilmiş ərazilərimizlə yanaşı, Ağdamda yeni yol şəbəkələri salınır, su və enerji infrastrukturu bərpa olunur, müasir yaşayış məhəllələri, sosial obyektlər, məktəblər, xəstəxanalar və sənaye zonaları inşa edilir. "Ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilən layihələr Ağdamın gələcəyini tamamilə yenidən formalaşdırır. Əminliklə demək olar ki, işğaldan azad edilmiş Ağdam şəhəri yaxın illərdə öz əvvəlki şöhrətini bərpa edəcək və Qarabağın ən mühüm iqtisadi, mədəni və sosial mərkəzlərindən birinə çevriləcək”.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-11-2025, 13:03 Oxunub: 17
Bölməyə aid digər xəbərlər
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
17-11-2024, 10:49
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU