12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sumqayıtda psixi pozuntusu olan sürücü sərnişin daşıyır? Sərnişinlər düşə bilmir


Sumqayıtda psixi pozuntusu olan sürücü sərnişin daşıyır? Sərnişinlər düşə bilmir
50 AF 376 dövlət nömrə nişanlı 7 saylı marşrut xəttində çalışan sürücünün davranışı sərnişinlərin ciddi narazılığına səbəb olub. Sözügedən sürücü avtobusda sıxlıq olmasına baxmayaraq, nəqliyyat vasitəsinin orta və arxa qapılarını açmayıb. Nəticədə, sərnişinlər avtobusdan düşə bilməyib və nəqliyyat vasitəsində gərginlik, hay-küy yaranıb.
Sərnişinlərin iddiasına görə, sürücü xanım sərnişinlərlə sərt və kobud danışığı ilə narahat edib, hətta bəzi hallarda onları az qala təhqir edib. Onun psixoloji vəziyyətinin normal olmadığı da bildirilir.
Sakinlər haqlı olaraq sual edirlər: "Psixi pozuntusu olan şəxslər necə olur ki, ictimai nəqliyyat vasitəsini idarə etməyə buraxılır?”Bu hadisə bir daha göstərir ki, şəhərdaxili marşrutlarda sürücü seçiminə və onların psixoloji durumuna ciddi nəzarət edilməlidir. Çünki bu cür hallar təkcə sərnişinlərin narahatlığına deyil, həm də təhlükəsizliyinə ciddi təhdid yaradır. 

Tarix: 14-10-2025, 12:08 Oxunub: 58


Bölməyə aid digər xəbərlər