12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Geri çağırılan səfir Leyla Abdullayevanın həyat yoldaşıdır


geri-cagirilan-sefir-leyla-abdullayevanin-heyat-yoldasidir 

Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb
“Yeniazərbaycanhəyatı”nın məlumatına görə, Hüseyn Hüseynov 1977-ci ildə Bakıda anadan olub.
1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “beynəlxalq münasibətlər” ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.
H. Hüseynov 2021-ci ilin aprelində Bolqarıstana səfir göndərilmişdi. Bundan öncə isə o, XİN-in Strateji Araşdırmalar İdarəsinin rəhbəri vəzifəsində çalışıb.
Diplomat Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Cütlüyün iki övladı var.
Qeyd edək ki, L. Abdullayeva 2022-ci ildən Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiridir.

Tarix: 5-09-2025, 11:12 Oxunub: 55


Bölməyə aid digər xəbərlər