Bu aylar Şəkinin qonaqlı-qaralı olan dövrüdür. Sirr deyil ki, pandemiya dövrünün çətinlikləri bura da təsir edib.
Bəs sifarişlər, alıcılar olmayanda sənətkarlar nə edir?
Üz tutduq Şəkidə yaşayıb-yaradan, respublikamızda şəbəkə üzrə ecazkar nümunələr müəllifi olan sənətkar Tofiq Rəsulovun emalatxanasına. Tofiq ustanın 2002-2004-cü illərdə Şəki Xan sarayını, 2013-2014-cü illərdə isə Şəkixanovların evini bərpa etməsi onun peşəkarlığından xəbər verir. O, atasının başladığı işi bu gün də uğurla davam etdirir.
Bu gün sənətkarın Şəkidəki emalatxanasında onunla birlikdə şagirdlər də şəbəkə sənətinə yiyələnir. Tofiq ustanın bu gün iki oğlu da qədim ənənənin layiqli davamçılarıdır.
Pandemiya dövründə yaranan vəziyyətə aydınlıq gətirən şəbəkə ustası hər şeyə tarix prizmasından yanaşaraq qiymətləndirib.
Ata-baba sənətini yaşadan usta tarix boyu müharibələrin və ağır xəstəliklərin olduğunu söyləyib. Ancaq müsahibimiz qədim sənət nümunələrinin bu günə qədər daim yaşayıb və bundan sonra da yaşayacağını deyir.
Şəbəkə ustası Tofiq Rəsulov bu gün turistlərin azalmasından istifadə edərək, qədim binada yerləşən emalatxanasına əl gəzdirir. Səbəb isə yeni mövsümdə ümidlə yollarını gözlədiyi turistlərdir. Çünki o da digər ustalar kimi, əl işlərini xaricdən ölkəmizə gələnlərə göstərməklə bu sənəti dünyada daha da tanıtmaq istəyir.
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |