Futbol üzrə Azərbaycan millisində daha bir məşqçinin adına aydınlıq gəlib.
Oxu.Az Albaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı baş məşqçinin digər köməkçisi Azərbaycanı yaxşı tanıyan Ansi Aqoli olacaq.
Ötən il “Qarabağ”dan ayrıldıqdan sonra ABŞ-ın “Nyu-York Kosmos” klubuna keçən, lakin əsas heyətə düşə bilməyən 37 yaşlı sol cinah müdafiəçisi karyerasını başa vuracaq. Albaniyalı ilk məşqçiliyinə məhz beş dəfə çempion, üç dəfə ölkə kubokunu qazandığı Azərbaycanda başlayacaq.
Ansi Aqoli millimizin yeni baş məşqçisi olacağı gözlənilən italiyalı Canni de Byazinin Albaniya yığmasını çalışdırdığı vaxt komandanın kapitanı olub.
Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov 1,5 illik müqavilə bağlamaq istədikləri Canni de Byazi ilə şərtləri bu gün razılaşdıracaq. Şərtlərdə razılıq əldə olunsa, onun baş məşqçi, Arif Əsədovun isə köməkçisi olması rəsmiləşəcək.
Bölməyə aid digər xəbərlər