10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
“Formula 1”də ilin ilk yarışı: Bottas qalib gəldi, Hemilton cəzalandırıldı

“Formula 1” üzrə 2020-ci il mövsümünün açılış yarışı olan Avstriya Qran-prisi baş tutub.
Oxu.Az xəbər verir ki, mart ayında Avstraliyada başlaması planlaşdırılan, ancaq koronavirus pandemiyası səbəbindən təxirə salınan dünya çempionatının ilk Qran-prisi Avstriyanın Şpilberq şəhərində olub.
4.3 km-lik “Red Bull” trasında 71 dövrədən ibarət olan yarışın qalibi isə “Mercedes” pilotu Valtteri Bottas olub. O, 1.30.55.739 dərəcəsi ilə hamı üçün əlçatmaz olub.
Finişə ikinci yerdə onun komanda yoldaşı Lüis Hemilton çatsa da, “Red Bull” pilotu Aleksander Albonla toqquşması səbəbindən 5 saniyə cərimə alıb və nəticədə 4-cü olub.
İkinci yer “Ferrari”nin monakolu pilotu Şarl Leklerə qismət olub.
“McLaren”dən Lando Norris isə üçüncülüklə kifayətlənib və karyerasında ilk dəfəpodium sevinci yaşayıb. 
Ümumilikdə 20 pilotdan 11-i finişə çata bilib.
Aralarında “Red Bull” pilotları Maks Verstappen və Aleksander Albonun da olduğu doqquz nəfər isə müxtəlif səbəblərdən yarışı yarımçıq dayandırmalı olub. 


Tarix: 5-07-2020, 01:34 Oxunub: 80


Bölməyə aid digər xəbərlər