10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Uşaqlar hansı halda koronavirusu ağır keçirir? - Pediatr Nigar Abdullayeva cavab verir

Bildiyiniz kimi, COVID-19 əsasən yaşlılara və xroniki xəstəlikləri olan insanlara ağır təsir göstərir. Digər tərəfdən, uşaqlar bu xəstəliyi nisbətən asan keçirirlər, lakin onlardan bəziləri xəstəxanaya yerləşdirilməli olur. Bunun niyə baş verdiyini öyrənmək üçün Media.Az uşaq həkimi Nigar Abdullayeva ilə söhbət edib.
O, Çində 2 143 uşaq arasında aparılan araşdırma haqqında məlumat verib. Həkimin sözlərinə görə, tədqiqatlar zamanı 0-10 yaşlı uşaqlar arasında koronavirusdan ölüm riskinin olmadığı, 10-19 yaşlı insanlar arasında isə riskin 0,2% təşkil etdiyi aydın olub. N.Abdullayeva bildirib ki, uşaqlarda, yetkinlərdən fərqli olaraq, immun sistem tam formalaşmayıb, buna görə də, azyaşlıların orqanizmi xəstəliyə fərqli reaksiya verir.
“COVID-19 ACE-2 zülalı üçün reseptorlardan istifadə edərək, insan hüceyrələrinə daxil olur. Uşaqlarda bu zülallar tam formalaşmır. Bundan əlavə, uşaqlar respirator infeksiyalara tez-tez yoluxurlar, buna görə, onların qanında anticisimlər yüksək miqdarda olur. Həmçinin, uşaqların ağciyərləri böyüklərinkindən daha sağlamdır”, - deyə, o bildirib.
Buna baxmayaraq, həkimin fikrincə, risk altında olan uşaqlar kateqoriyası da var:
“Bunlar astmatiklər, immun sistemi ilə problemləri olan uşaqlar (immun çatışmazlığı, autoimmun xəstəliklər), xərçəng xəstələri, həmçinin ürək, böyrək və qaraciyər xəstəlikləri olan uşaqlardır”.
N.Abdullayevanın sözlərinə görə, bu kateqoriyadan olan xəstələrin pandemiya zamanı müalicəni dayandırmaması və müalicə edən həkimin daim nəzarətində olması vacibdir.
“Uşaqların xəstəliyi yüngül keçirməsinə və ya gedişatın tamamilə asimptomatik olmasına baxmayaraq, onlar virusun daşıyıcısı və ötürücüsüdürlər. Uşaqlar doğmaları və yaxınları ilə sıx əlaqədə olurlar, buna görə, bir çox insanı yoluxdura bilərlər. Onlar əsas təhlükəni böyüklər və xüsusilə, ailədəki yaşlılar üçün yaradırlar”, - deyə, o bildirib.
N.Abdullayeva ana südü ilə qidalanan körpələrdə mikroelementlər, vitaminlər, immunoqlobulinlər və qidalandırıcı maddələr şəklində koronavirusdan müdafiə aldıqlarını da əlavə edib.
Profilaktika barədə danışan pediatr, protokolda göstərildiyi kimi, C və D vitaminlərini, həmçinin sink qəbul etməyi məsləhət görüb. Bununla birlikdə, o, dozanın həkim tərəfindən təyin edilməsinin vacibliyini vurğulayıb - bu, uşağın yaşına, çəkisinə və vəziyyətinə bağlıdır.
Uşaqda qızdırma, öskürək və ya boğaz ağrısı şəklində xəstəliyin ilk simptomları ortaya çıxarsa, nə etmək lazım olduğu barədə suala həkim cavab verib ki, bu vəziyyətdə təcili yardım çağırmaq lazımdır.
“Bu tədbir məcburidir. Çünki pediatrların heç də hamısı koronaviruslu pasiyentlərlə məşğul olmur”, - deyə, Nigar Abdullayeva sözlərini yekunlaşdırıb.


Tarix: 20-07-2020, 16:44 Oxunub: 131


Bölməyə aid digər xəbərlər