09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Abşeronda müştərilərə yerində xidmət göstərən restoran və kafe aşkar edildi - FOTO

Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən dönərxana aşkar olunub. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Qurtuluş” qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Anar Məmmədovun işlətdiyi obyektdə müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha beş nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 200 manat məbləğində cərimə olunublar.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Masazır qəsəbəsində gizli fəaliyyət göstərən obyekt aşkar olunub. Polislər tərəfindən Səbuhi Nağıyevə məxsus “Ocaq” restoranına baxış zamanı oranın sahibi və altı nəfər müştəri saxlanılaraq, Polis İdarəsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.
Hər iki obyektin sahibinə və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.


Tarix: 7-07-2020, 14:15 Oxunub: 89


Bölməyə aid digər xəbərlər