Kanadada polis 73 yaşlı kişini supermarketdə maska taxmaqdan imtina etdikdən sonra güllələyərək öldürüb.
Bu barədə "The Mirror" xəbər verir.
Qeyd olunur ki, kişi mağazada tibbi maska taxmaq istəməyib. Bu səbəbdən işçilər ona xidmətdən imtina ediblər. Bundan sonra kişi işçiyə hücum edib və onu döyməyə başlayıb. Sonra onu mağazadan çıxarmaq mümkün olub.
Kişi mağazanı tərk etdikdən sonra avtomobilinə minib, əvvəl işçilərin üstünə sürüb, sonra isə supermarketin binasına girib.
Bundan sonra hadisə yerindən qaçmağa çalışıb.
Ancaq hüquq mühafizəçiləri maşının seriya nömrəsi ilə onun kimliyini müəyyənləşdirib və evinə gəliblər. Burada onların arasında münaqişə yaşanıb və polis silahdan atəş açıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
[video=]
Bölməyə aid digər xəbərlər