09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Maskalara həmişəlik öyrəşmək tövsiyə edildi

İnsanlar maska taxmağa həmişəlik vərdiş etməlidir.
TASS-ın məlumatına görə, bu barədə Rusiyada “Rospotrebnadzor”un nəzdində Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik tədqiqat şöbəsinin müdiri Tatyana Rujentsova deyib.
O, fərdi qoruyucu vasitələrin hava-damcı yolu ilə keçən infeksion xəstəliklərin yayılmasının qarşısını aldığını xatırladıb: “Bu baxımdan maskalardan yalnız COVID-19 pandemiyası zamanı deyil, digər virusların yayılması dövründə də istifadə edilməlidir”.
Həkimin sözlərinə görə, hər payız KRVİ (kəskin respirator virus infeksiyaları) və qripə yoluxma halları artmağa başlayır.
“Yoluxmaq istəməyənlər bu mövsüm maska geyinməlidirlər”, - deyə, epidemioloq tövsiyə edir.
Onun sözlərinə görə, maskalar hava-damcı yolu ilə yayılan infeksiyaya yoluxma riski olduqda izdihamlı yerlərdə, xəstələrlə və xəstəliyin mümkün daşıyıcıları ilə təmas zamanı taxılmalıdır.
“Mən maskalardan imtina üçün hər hansı tarixi gözləməyi məsləhət görmürəm”, - deyə, Rujentsova sözlərini yekunlaşdırıb.


Tarix: 15-07-2020, 10:41 Oxunub: 48


Bölməyə aid digər xəbərlər