Kimdir o ana? Bu qara paltarlı qadınların hansıdır? Axı, hamısı ağlayır, hamısının fəryadı yeri-göyü sarsıdır... o ana necə anadır?
O ana hamı kimi ağlamır, bütün insanların gözündən yaş gəlir, şəhid anasının isə ürəyi ağlayır, onun gözündən axan yaş bədənindəki bütün qanı, canı aparır... damcı-damcı yaxınlaşır igid balasına...
O qara paltarda deyil, o qaranlıqdadır. O qaranlığa günəş, bütün dünyanın lampaları işıq sala bilməz. Şəhid anasının qaranlığına şəhid oğlunun gülüşü, gözü, duruşu, sözləri, onunla yaşadığı xatirələr işıq sala bilər.
O ananın fəryadını ancaq yanındakı insanlar deyil, dağlar, daşlar, çaylar, dərələr eşidir, ona haray verir. Ana təbiət igid oğul anasına ürək-dirək verə bilmir. O böyük ananın qarşısında cılızlaşır.
Şəhid anasının saçları qocalıqdan yox, şəhid oğlunun sevgisindən ağarır.
Uğrunda qanını tökdüyü bayraqla basdırılan oğlanların analarına hamı borcludur. Bu borcu heç kim ödəyə bilməz. Amma o analar minlərlə minnətdarlıq əvəzinə bir dəfə ANA deyən oğlanlarını görmək istəyərlər...
Kimdir şəhid anası?
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |