Rusiyanın Yaroslavl vilayətinin Seçki Komissiyasının saytında azərbaycanlı İmadəddin Fərman oğul Alasovun 194-cü seçki dairəsi üzrə Dövlət Duması deputatlığına namizədliyini irəli sürdüyü göstərilib.Bu barədə Yarnovosti.com nəşri yazıb.
İmadəddin Alasov 1968-ci ildə Azərbaycanda, Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. SSRİ dövründə hərbi-dəniz donanmasında xidmət edib. İki ali təhsili var. Yaroslavl Dövlət Universitetində tarix fənnini tədris edib.
Hazırda Yaroslavlda qeydiyyatda olan namizəd hüquq xidmətləri göstərən özəl şirkətinə rəhbərlik edir. Öz növbəsində İmaməddin Alasov Yaroslavl vilayətinin insan hüquqları üzrə ombudsman vəzifəsinə namizəd olub.
3 iyun 2018-ci ildə “Vahid Rusiya” partiyasından Yaroslavl vilayət dumasına keçiriləcək ilkin seçkilərdə iştirak edib.
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |