12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sabah hava necə olacaq?


 Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Xeberle.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 9-13, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq. 

Tarix: 3-11-2025, 13:53 Oxunub: 17


Bölməyə aid digər xəbərlər
16-10-2025, 12:56 Sabah leysan olacaq
11-11-2024, 10:29 Sabah leysan yağacaq
21-04-2024, 12:32 yağış
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq