12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
İstirahət günü 25 dərəcə isti olacaq


 İstirahət günü 25 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Yeniazərbaycanhəyatı.com məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq. 

Tarix: 4-10-2025, 12:37 Oxunub: 21


Bölməyə aid digər xəbərlər
11-11-2024, 10:29 Sabah leysan yağacaq
16-12-2023, 13:01 Sabah qar yağacaq
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq