09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin hüququnun pozulmasıdır”

Söhbət hansı qanun pozuntusundan gedir? Nazirlər Kabineti tərəfindən karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən və fəaliyyəti məhdudlaşdırılan sahələr arasında bu məsələ öz əksini tapıbmı? Bu, mağaza sahibinin hüquqları pozulması demək deyilmi?
E.Hüseynov məsələ ilə bağlı açıqlamasında bunun hüquqi məsələ olduğunu və mağaza sahibinin hüquqlarının pozulmaması üçün dərindən araşdırılmalı olduğunu bildirib:
“Əgər reyd zamanı mağazanın sözügedən şöbəsində uşaqların sıx toplaşması, oynaması kimi məqamlar müşahidə edilibsə, bəlkə də, bu nöqteyi-nəzərdən qadağa qoyulub. Ya da Nazirlər Kabineti yanında operativ qərargahın tərtib etdiyi qaydalar birmənalı deyil.
Belə çıxır ki, qeyd edilən məsələlərə məhz bu kimi qarışıqlıq yaradan mövzular üzərindən yenidən baxılmalı, çeşidlənməli, ayrı-ayrı şəraitlərdə fəaliyyət göstərən mağazalara uyğun şəkildə tərtib olunmalıdır.
Əgər qərarda tələblər tam və əhatəli izah olunubsa, qeyd edilən məqamlar üzrə qayda pozuntusu yoxdursa, bu addım mağaza sahibinin hüququnun pozulması kimi qiymətləndirilir.
Geniş supermarketlərin digər mağazalardan fərqi vətəndaşın orada almaq istədiyi əksər malları rahatlıqla tapa bilməsidir. Bütün hallarda məsələ araşdırılmalıdır”.
Xatırladaq ki, ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Megastore” mağazasında Rayon İcra Hakimiyyəti tərəfindən reyd keçirilib. Mağaza daxilində fəaliyyət göstərən bir neçə şöbənin (Oyuncaq və tekstil şöbələri - red.) bağlanması tapşırılıb. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən reyddə icra başçısı Adil Vəliyev də iştirak edib.


Tarix: 8-07-2020, 17:58 Oxunub: 85


Bölməyə aid digər xəbərlər