Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı rayon sakini Amil Qiyaslı, 21yaşlı Gəncə şəhər sakini Telman İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar.
İlkin dindirmə zamanı onlar törətdikləri əməli etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər.
Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Bölməyə aid digər xəbərlər