09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Səfirlik: “Bəzi saytlar Polad Bülbüloğlunun fikirlərini kontekstdən çıxararaq, təxribata əl atıb”

İyulun 15-də Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan - Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədilə Səfirliyin binasının önünə gəliblər.
Azərbaycanın Rusiyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfir Polad Bülbüloğlu onlarla görüşüb.
“Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilib. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxararaq, təxribata əl atıb və bu fikirlərin sanki 24 iyulda səsləndirildiyi barədə yanlış xəbər veriblər.  
Bildiririk ki, bu gün səfirliyin qarşısında heç bir toplaşma olmayıb.
Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə təxribatyönlü məlumat yayanlar səfirliyin onsuz da gərgin işinə mane törədirlər”, - deyə məlumatda qeyd olunub.


Tarix: 24-07-2020, 18:28 Oxunub: 34


Bölməyə aid digər xəbərlər