09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Mühafizə şirkətinə əmanət etdiyi villanı filmdə görüb tanıdı

Başqa şəhərə köçdüyü üçün mühafizə xidmətinə villasını əmanət edən qadın sonradan baxdığı filmdə öz evini tanıyıb. Məlum olub ki, agentlik onun evini film çəkilişləri üçün kirayə verib.
“Shanghai Observer”in məlumatına görə, hadisə Çinin Çjetszyan şəhərində yaşanıb.
Məlumata görə, Lin soyadlı qadın “Mən və uşaqlarım” serialına baxarkən villasının interyerini tanıyıb. Qadın dərhal evinə gedib. Gördüyü mənzərə isə onu dəhşətə salıb: mebellər və lift sınıb, bəzi xalçalar yoxa çıxmışdı.
Çinli qadın rieltor agentliyini və film şirkətini məhkəməyə verib.
Linin sözlərinə görə, “Ningbo New Shanghai International Property Company” ilə bağlanan müqaviləyə görə, təşkilatın nümayəndələri binanı ancaq fövqəladə hallarda və ya qadının xahişi ilə ziyarət edə bilərdilər.
Məhkəmə zamanı daha maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, firma daha bir neçə serial heyəti ilə razılığa gəlib.
Lin təzminat kimi 3 milyon yuan (təqribən 727 779 AZN) təzminat tələb edir.


Tarix: 24-07-2020, 13:59 Oxunub: 36


Bölməyə aid digər xəbərlər