10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
Müdafiə Nazirliyindən düşmən hücumu iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin cəbhədəki hücumla bağlı bəyanatını uydurma və dezinformasiya adlandırıb.
Müdafiə Nazirliyindən verilən məlumatda belə deyilir.
“Bu istiqamətdə bizim tərəfimizdən heç bir hücum olmayıb. Əksinə, dövlət sərhədinin bizim tərəfdəki hissəsində sakitlik qorunub saxlanılır, bizim heç bir itkimiz yoxdur”.
Bu sözləri Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin iddialarını cavablandırarkən deyib.
"Ancaq sərhədin o tərəfində erməni hərbi qulluqçuları arasında vahimə müşahidə olunur. Daha əvvəl biz Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşidirdik. Göründüyü kimi, erməni hərbi qulluqçuları arasında növbəti atışma oldu.
Yenə demək istəyirəm ki, bizim tərəfimizdən heç bir yeni hücum və itki yoxdur və olmayıb. Erməni tərəfinin xəbəri növbəti dezinformasiyadır".


Tarix: 22-07-2020, 10:19 Oxunub: 28


Bölməyə aid digər xəbərlər