09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Üç həftə ərzində ev şəraitində koronavirusdan müalicə olmuş şəxs yaşantılarını bölüşür - MÜSAHİBƏ

Son məlumatlara görə, Azərbaycanda 27890 COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Bunlardan 19490 nəfər sağalıb, 363 nəfər ölüb, 8037 nəfərin isə müalicəsi xüsusi xəstəxanalarda davam edir.
Media.Az infeksiyaya yoluxmuş şəxslərdən biri, üç həftə ərzində evdə COVID-19-dan müalicə olunmuş Növrəs Cəfərovla həmsöhbət olub.
- Yoluxduğunu nə vaxt bildin?
- Hər şey həyat yoldaşımın xəstələnməsi ilə başladı. Qızdırması və yüngül bir öskürəyi var idi. Buna görə, iyunun 26-da koronavirus infeksiyasını aşkar etmək üçün analiz vermək qərarına gəldik. Əvvəlcə qan, bir gün sonra isə yaxma analizi verdik. Nəticələr bir gün sonra məlum oldu və heç bir xəstəlik aşkar edilmədi.
Ancaq bir neçə gündən sonra özümü pis hiss etdim, öskürək başladı. İyunun 30-da axşam saatlarında temperatur 37,5 dərəcəyə qalxdı. Yenidən test etmək qərarına gəldim, bu dəfə nəticələr pozitiv çıxdı.
- Ağciyərlərin kompüter tomoqrafiyası (KT) oldu?
- Bəli. KT müayinəsi ağciyərlərin zərər görmədiyini göstərdi.
- Xəstəliyin ilk əlamətləri barədə danışın ...
- Boğazım ağrıyırdı, bir az ürəyim bulanırdı, hərarətim artırdı...
Müsahibəni tam şəkildə bu keçiddən oxuya bilərsiniz.


Tarix: 21-07-2020, 20:51 Oxunub: 46


Bölməyə aid digər xəbərlər