12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sabah hava necə olacaq?

sabah-hava-nece-olacaq 

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 35-40 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.


Tarix: 2-09-2025, 12:30 Oxunub: 86


Bölməyə aid digər xəbərlər
11-11-2024, 10:29 Sabah leysan yağacaq
16-12-2023, 13:01 Sabah qar yağacaq
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq