12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Bakıda yağış, rayonlarda duman olacaq

 

bakida-yagis-rayonlarda-duman-olacaq 

Azərbaycanda dekabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən  Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Tarix: 21-12-2025, 12:53 Oxunub: 9


Bölməyə aid digər xəbərlər
21-04-2024, 12:32 yağış
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq