12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Azərbaycanda isti hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda isti hava şəraiti nə vaxtadək davam edəcək?

  bunu milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, noyabr ayının ötən dövründə Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu iqlim normasından 3.9 dərəcə yüksək olub. Ümumilikdə, noyabrda 22 gün normadan yüksək temperatur müşahidə edilib:
"Çoxillik müşahidə məlumatlarının təhlilinə əsasən, ötən illərin noyabr aylarına nəzər salsaq, əvvəlki illərdə də yüksək temperatur rejimi qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ildə 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir".
Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov bildirib ki, hazırda Azərbaycanın bütün rayonlarında isti hava müşahidə olunur:
"Rayonlarda havanın temperaturunda 7-8, Naxçıvanda isə 12 dərəcəyədək artım var. Bu iqlim dəyişikliyi ilə bağlıdır".
R.İsmayılov əlavə edib ki, Azərbaycanda havanın dəyişməsinə ən çox təsir şimaldan və cənubdan daxil olan hava kütlələri ilə bağlıdır:
"Hazırda cənubdan axan hava kütlələri səbəbindən ölkədə isti hava müşahidə edilir. Qışda havanın temperaturunun soyuq keçib-keçməməsinə gəlincə, bu, kənar proseslərlə bağlıdır. Şimal hava kütlələri ölkəyə daxil olanda artıq havalar soyuya bilir".
x1

Tarix: 26-11-2025, 15:17 Oxunub: 12


Bölməyə aid digər xəbərlər
16-02-2024, 09:10 Şahdağa qar yağır
20-05-2021, 06:30 Nazirlik xəbərdarlıq edir
22-07-2020, 19:41 Sabah yağış yağacaq
10-07-2020, 12:53 Sabah yağış yağacaq