12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Bu rayonlara qar yağır


bu-rayonlara-qar-yagir 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Yenizərbaycanhəyatı”ya verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.
Düşən yağıntının miqdarı Lənkəranda 47, Astarada 40, Balakəndə 19, Yardımlıda 13, Lerikdə 12, Bakıda və Abşeron yarımadasında 11, Oğuzda 10, Qəbələ və Şəkidə 9, Neftçalada 7, Tərtər, Mingəçevir, Göyçay, Zərdab, Cəfərxan və Gəncədə 4, Göygöl, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, İsmayıllı, Şamaxı, Gədəbəy və Sədərəkdə 3, Quba, İmişli, Qusar, Bərdə və Daşkəsəndə 2, Ağsu, Yevlax, Şəmkir, Naftalan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Ağdamda 1 mm-dir.
Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 13, Şahdağda 9, Qusar (Laza), Qaxda (Sarıbaş) 3, Xınalıq, Xaltan və Qrızda 1 sm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix: 22-03-2025, 10:14 Oxunub: 37


Bölməyə aid digər xəbərlər
9-06-2024, 08:35 Faktiki hava açıqlandı
25-05-2024, 11:10 Şahdağa qar yağdı
19-05-2024, 10:39 Faktiki hava açıqlandı
23-04-2024, 09:22 Şahdağa sulu qar yağıb
22-03-2024, 11:01 Bu rayonlara qar yağıb
26-01-2024, 15:08 seçki